QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 May 2023, 16:31
Nazir müavini: "Yüksək texniki peşə təhsil səviyyəsi üzrə akkreditasiya meyarları hazırlanmaldır"
"Bizdə yalnız ali təhsil müəssisələrinə münasibətdə institusional və proqram akkreditasiyasiyaları üzrə meyarlar mövcuddur. Digər təhsil pillələri üzrə isə akkreditasiya meyarlarımız yoxdur".

"Qalanews" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış mərasimində deyib.

O bildirib ki, 5-ci kvalifikasiya səviyyəsi üzrə həm proqram, həm də institusional akkreditasiya meyarları hazırlanmalıdır:

"Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə bu sahədə birgə fəaliyyət olmalıdır ki, bu proseslər yekunlaşa bilsin. Baxmayaraq ki, peşə təhsili üzrə müəyyən fəaliyyətlərə başlanılıb. Bununla bağlı nazirliyin tədbirlər planı var. Lakin yüksək texniki peşə səviyyəsi üzrə məsələyə aydınlıq gətirildikdən sonra kvalifikasiyaların 5-ci səviyyəsi üzrə akkreditasiya məsələsinə baxmalıyıq. Yüksək texniki peşə təhsil səviyyəsi üzrə akkreditasiya meyarları hazırlanmaldır".



Baxış sayı: 123



OXŞAR XƏBƏRLƏR