QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 May 2023, 16:07
Deputat seçilməyən aktyordan ilk açıqlama
Türkiyə Böyük Millət Məclisinə deputat seçilməyən məşhur aktyor Mehmet Aslantuğ ilk açıqlamasını verib.

“Qalanews” xəbər verir ki, Türkiyə İşçi Partiyasından (TİP) deputatlığa namizəd olan aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Əgər özümüzə izah edəcək sözümüz yoxdursa, həyatı anlamaq çətinləşir. Biz vacib deyil, dəyərli olmaq yolundayıq. Təbii ki bunun heç bir limiti, sonu yoxdur. An etibarı ilə də özünü sənətdə deyil, özündə sənəti sevməyə çalışanlarla bu ömrü tamamlayaram. Ürəyini açan, dəstəyini göstərən hər kəsə salamlarımı çatdırıram”, - aktyor bildirib.

Qeyd edək ki, qısa müddət öncə M. Aslantuğ boşanma xəbərləri ilə gündəmə gəlmişdi. Belə ki, o, 27 il əvvəl aktrisa Arzum Onanla ailə həyatı qurub və cütlüyün Can adlı bir oğlu var. Daima haqlarında nümunəvi cütlük kimi bəhs edilən ikili mayın 29-da boşanacaq.



Baxış sayı: 170



OXŞAR XƏBƏRLƏR