QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 May 2023, 11:54
Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Yüksəliş” intellektual müsabiqəsi keçirilib
“Yüksəliş” müsabiqəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Yüksəliş” intellektual müsabiqəsi keçirib.

"Qalanews" xəbər verir ki, intellektual müsabiqə “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları üçün nəzərdə tutulub.

Müsabiqədə 30 komanda olmaqla ümumilikdə 190 nəfər iştirak edib. 30 komanda arasından birinci yerə “Köhnə Dalğa”, ikinci yerə “Tufan”, üçüncü yerə isə “Summit” komandası çıxıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.



Baxış sayı: 133



OXŞAR XƏBƏRLƏR