QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 May 2023, 11:43
“Avroviziya”dakı münsiflərimiz onlar imiş
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında iştirakçı ölkələrin münsiflər heyətinin üzvlərinin adları açıqlanıb.

“Qalanews” xəbər verir ki, Azərbaycanın peşəkar münsiflər heyətində aşağıdakı sənət nümayəndələri olub:

Anar Yusifov – pianoçu, bəstəkar, prodüser (sədr);

Təranə Muradova – Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və baletmeysteri, Xalq artisti;

Gülyaz Məmmədova – xanəndə, Xalq artisti;

Zümrüd Dadaş-zadə - professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi;

Emin Useynov – “Nero” rəqs mərkəzinin rəhbəri.

Münsiflər heyətinin səsləri müsabiqənin finalında canlı efirdə səsləndirilib. Azərbaycan ən yüksək 12 xalı İsrail təmsilçisi Noa Kirelə verib. Sözügedən ölkə finalda üçüncü yerdə qərarlaşıb.

Müsabiqənin qalibi isə “Tattoo” mahnısı ilə çıxış edən İsveç təmsilçisi Lorin olub.




Baxış sayı: 153



OXŞAR XƏBƏRLƏR