QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 May 2023, 11:04
Azərbaycan Ordusunda "Heydər Əliyev İli" çərçivəsində keçirilən silsilə tədbirlər davam edir
Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunda keçirilən tədbirlər planına əsasən fəaliyyətlər davam etdirilir.

Bu barədə "Qalanews"a Müdafiə Nazirliyindən məlumat verilib.

Ulu Öndərin 100 illiyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin tabeliyindəki müəssisə və hərbi hissələrində növbəti ağacəkmə aksiyaları, eləcə də idman tədbirləri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar və güllər əkilib, abadlıq işləri aparılıb.

Silsilə tədbirlər çərçivəsində, həmçinin hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib, qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.




Baxış sayı: 148



OXŞAR XƏBƏRLƏR