QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 May 2023, 16:04
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Komando hərbi hissəsində olub
Türkiyənin Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

Bu barədə "Qalanews"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qardaş ölkənin Milli Müdafiə Universitetinin Quru Qoşunları İnstitutu, Hərbi Hava Qüvvələri İnstitutu və Hərbi Dəniz Qüvvələri İnstitutunun rəhbər heyəti və dinləyicilərindən ibarət nümayəndələr Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Türk şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

Sonra türkiyəli qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutu, Komando hərbi hissəsini və Hərbi Dəniz Qüvvələrini ziyarət ediblər.

Ziyarət zamanı hərbi hissə və müəssisələrin tarixi və əsas fəaliyyət istiqamətləri barədə türkiyəli qonaqlara brifinqlər verilib, istifadədə olan silah və texnika təqdim edilib, həmçinin komandoların nümunəvi çıxışları nümayiş etdirilib.

Səfər müddətində həmçinin qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotoları çəkdirilib.




Baxış sayı: 161



OXŞAR XƏBƏRLƏR