Molyer barədə yazdığı məktub satışa çıxarılır
Məşhur ingilis yazıçı Çarlz Dikkensin fransalı dramaturq Jan Batist Molyer barəsində yazdığı məktub hərraca çıxarılır.
Qalanews xəbər verir ki, bu barədə məlumatı “Times” qəzeti yayıb.
Məlumata görə, daha əvvəldən kolleksionerlərə məlum olmayan bu məktub Nyu-Yorkun “Lion Heart Autographs” hərracında 4,5 min dollara satışa çıxarılacaq.
Dikkens sözügedən məktubu fransız aktyor və dramaturq Fransua-Cozef Renyeyə ünvanlayıb və orada Molyerin vəfatı ilə bağlı detalları dəqiqləşdirmək istəyib. O, məktubunda qeyd edib ki, tanınmış rəssam olan dostlarından biri Molyerin ölümü barədə yazmaq istəyir və bu səbəbdən Renyedən məsləhət almaq istəyib.
19-cu əsrə aid olan məktubun satışa çıxarılacağı tarix isə açıqlanmayıb.