QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 04 Apr 2023, 18:31
III Çarlzın ilk portretinin təqdimatı oldu
III Çarlzın ilk portretinin təqdimatı oldu 
Böyük Britaniya kralı III Çarlzın “Illustrated London News” jurnalının sifarişi ilə çəkilmiş ilk portreti təqdim olunub.

Qalanews   xarici KİV-ə istinadən xəbər verir ki, rəssam Alastair Barford tərəfindən çəkilmiş portretin rəsmi açılışı paytaxt Londonda olub.

Rəsmin tanıtım tədbirində rəssam Barford və “Illustrated London News” jurnalının baş icraçı direktoru və sahibi Liza Barnard, eləcə də bir çox mətbuat mənsubları iştirak ediblər.

Barford burada verdiyi açıqlamada portreti çəkmək üçün kral Çarlzın qarşısına oturmadığını və fevralın 17-də Bukinqem sarayında iştirak etdiyi ziyafətdə kralı müşahidə edərək mobil telefonu ilə bir neçə şəkil çəkdiyini bildirib.

Çarlzın bu tədbirdə qonaqlarla ünsiyyətindən heyran qaldığını vurğulayan Barford, Kralın qonaqlarla olan empatiyasını portretində əks etdirdiyini bildirib.

Rəssam Barford İngiltərə kralının yağlı boya portretini iki həftə ərzində tamamladığını deyib.

“Illustrated London News” jurnalının baş icraçı direktoru Barnard da 1842-ci ildə nəşr olunmağa başlayan jurnalın yaranmasından danışıb və kral ailəsinin arxivində olan fotoşəkilləri nümayiş etdirib.




Baxış sayı: 169



OXŞAR XƏBƏRLƏR