QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Apr 2023, 16:26
Deputat: Çinlə əlaqələr Azərbaycanın milli maraqlarıyla üst-üstə düşür
“Çinin dünyada çəkisi artır”.

Bunu  Qalanews-a  açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, dünyadakı monopolyanın qarşısını məhz Çin iqtisadiyyatı alır: “Əks halda dünya Qərbdən asılı vəziyyətə düşəcəkdi. Bu gün Çinin istehsalı məhz dünyaya münasib qiymətli və alternativ məhsullar təqdim etməsi qlobal iqtisadi tarazlığı qoruyur.

Çin həm də Azərbaycanın əhəmiyyətli ticari tərəfdaşıdır. Hər iki ölkənin əlaqələrinin tarixi qədim İpək Yolu dövrünə gedib çıxır. Asiya ölkəsi hazırda qlobal opponentlərə qarşı istifadə edə biləcəyi yeni mexanizmlər formalaşdırır. Bu da onun beynəlxalq aləmdəki imicini yüksəldir”.

Müşfiq Cəfərov qeyd edib ki, dünyada hazırda kəskin fikir ayrılıqları mövcuddur: “Artıq bu kəskinləşən geosiyasi şəraitdə ölkələr yeni siyasi qütblər axtarışındadır. Təbii ki, Azərbaycan da bu vəziyyətdə öz milli maraqlarını həyata keçirməyə çalışır. Çinlə qarşılıqlı iqtisadi və ticari əlaqələr isə Azərbaycanın milli maraqlarıyla tamamilə üst-üstə düşür.

Azərbaycan üçün son illər dayanmadan iqtisadi uğurları artan Çinlə münasibətlərin inkişafı yeni və böyük investisiya əldə etməyə şərait yaradacaqdır. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var. Cənab Prezidentin Davos forumuna səfəri zamanda tərəflər arasındakı görüşdən də bu nəticəyə əsaslana bilərik. Çin təkcə iqtisadi sahədə deyil, həmçinin müdafiə, təhlükəsizlik sahəsində də imkanlarını genişləndirməkdədir. Birqütblü dünyaya keçid istiqamətində fəaliyyətlər başlasa da, dünyanın müxtəlif nöqtələrində yerləşən güc mərkəzləri öz regionlarını inkişaf etdirərək bu ideyanı sıxışdırmağa çalışdılar. Çinin isə bu sahədə müstəqil geosiyasi aktor kimi fəaliyyətini hiss etməyə başladıq. Düşünürəm ki, Çin həm də dünyanın digər nöqtələrindəki münaqişəli vəziyyətlərin normallaşmasında təşəbbüskarlıq göstərib, effektiv nəticə əldə edə bilər”.



Baxış sayı: 166



OXŞAR XƏBƏRLƏR