QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Mar 2023, 20:56
Teleqraf: Edinburq limanında gəmi hadisəsindən sonra 15 nəfər xəstəxanaya yerləşdirilib
Şotlandiyada 75 metr hündürlüyündə gəminin Edinburqun quru limanında yan aşması nəticəsində 15 nəfər xəstəxanaya yerləşdirilib.

Qalanews.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” Şotlandiyanın təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Belə ki, ümumilikdə 25 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 10 nəfərə hadisə yerində köməklik göstərilib. Xəstəxanaya yerləşdirilənlərin xəsarətlərinin nə qədər ağır olduğu məlum deyil.

Gəmi 2016-cı ildə amerikalı sahibkar, Microsoft-un həmtəsisçisi Pol Allen (1953-2017) tərəfindən alınıb. Qeyd olunub ki, qəza yerinə ümumilikdə beş təcili yardım avtomobili və bir tibbi helikopter cəlb edilib.



Baxış sayı: 159



OXŞAR XƏBƏRLƏR