QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 17:53
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəylə əlaqədar Koordinasiya Şurası yaradılacaq
Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.

Qalanews.com  xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:

- Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;

- yüksək riskli zonaların müəyyən edilmə əsaslarını, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlərin tərtib olunma formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasını yaradıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iş qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.



Baxış sayı: 128



OXŞAR XƏBƏRLƏR