QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 17:33
Azərbaycanda müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası hazırlanacaq
Maliyyə Monitorinqi Xidməti iki ay müddətində müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorlarını, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qalanews.com-un  xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.

Eyni zamanda Maliyyə Monitorinqi Xidməti iki ay müddətində müştəri uyğunluğu tədbirlərinə, o cümlədən sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələbləri, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinin həyata keçirilməsi qaydasını, öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.



Baxış sayı: 115



OXŞAR XƏBƏRLƏR