QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 17:04
Avropa İttifaqı: “Azərbaycana qarşı sanksiyalar olmayacaq”
Avropa İttifaqı: “Azərbaycana qarşı sanksiyalar olmayacaq”
“Avropa İttifaqı Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı sanksiyalar mexanizmini nəzərdən keçirmir”.

Bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib.

J.Borrel bildirib ki, Avropa İttifaqının səyləri məsələnin dialoq yolu ilə həllinin tapılmasına yönəlib, Azərbaycan və Ermənistan liderləri də öz növbəsində bu dialoqa sadiq olduqlarını ifadə ediblər.

J.Borrell əlavə edib ki, o, hər iki ölkənin xarici işlər nazirləri ilə daimi təmasdadır.

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə daimi təmasdadır”, - deyə Josep Borrel vurğulayıb.



Baxış sayı: 115



OXŞAR XƏBƏRLƏR