QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 31 Jan 2023, 17:02
FİDE reytinqində Məmmədyarov geriləyib, Rəcəbov mövqeyini qoruyub
FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.

Qalanews.com-un  məlumatına görə, fevral cədvəlində Azərbaycanın 9 zəka sahibi yer alıb.

Ən yaxşı təmsilçimiz Teymur Rəcəbov 2747 xalla mövqeyini qoruyub. O, dünyada 11-cidir. Bir pillə geriləyərək 15-ci sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 7 xal geri qalır.

2661 xala malik Qədir Hüseynov 84-cü pillədədir və yeri dəyişməyib. Hələ də Azərbaycan adından çıxarılmayan Arkadi Naydiç isə 3 rəqibini qabaqlayaraq, 76-cı yerə yüksəlib. O, 2665 xala malikdir.

Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2852.

Qadın şahmatçılarımız arasında ən yüksək pillədə olan Günay Məmmədzadə bir pillə irəliləyib. O, 2472 xalla 20-cidir. Bir addım geriləyən Ülviyyə Fətəliyeva (2427) 39-cu, beş pillə irəliləyən Gövhər Beydullayeva (2387) 58-cidir. Mövqeyi 8 pillə pisləşən Xanım Balacayeva (2379) 79-cu yerdədir. 5 addım irəliləyən Gülnar Məmmədova (2376) isə 69-cu yerə qalxıb.

Qadınların siyahısında çinli Yifen Hou birincidir – 2638 xal.



Baxış sayı: 121



OXŞAR XƏBƏRLƏR