QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Dec 2022, 13:00
Şamaxıda müəllimin şagirdə xəsarət yetirməsi araşdırılır
Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Bu barədə Qalanews-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Qeyd olunub ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi barədə məlumat yayılıb.



Baxış sayı: 179



OXŞAR XƏBƏRLƏR