QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 19:00
Maskın şirkəti insana ilk çip yerləşdirəcək: Kompüterlə əlsiz işləmək mümkün olacaq
İlon Maska məxsus “Neuralink” şirkəti altı aydan sonra ilk dəfə insana çip yerləşdirməyi planlaşdırır.

Bu çip vasitəsilə insanlar kompüter və telefondan əlsiz istifadə edə biləcəklər.

“Düşünürük ki, ola bilsin, təxminən altı aydan sonra biz insana ilk çipi yerləşdirə biləcəyik”, - deyə Mask mətbuat konfransı zamanı bildirib.

Sahibkar söz verib ki, onun şirkəti bu məsələdə diqqətli davranacaq. Eyni zamanda qeyd edib ki, bundan öncəki analoji tədqiqatlarda heyvanlara çip yerləşdirilməsi zamanı artıq lazımi ehtiyat tədbirləri görülüb.

Sahibkar qeyd edib ki, buna icazə alınması üçün tələb olunan sənədlərin əksəriyyəti artıq ABŞ-nin Qida Məhsullarının və Dərman Vasitələrinin Keyfiyyətinə Sanitar Nəzarət İdarəsinə təqdim edilib.




Baxış sayı: 236



OXŞAR XƏBƏRLƏR