QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 18:45
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir
İspaniyanın "Real Madrid" klubu İngiltərə "Mançester Yunayted"inin və Portuqaliya millisinin futbolçusu Brunu Fernandeşi heyətinə qatmaq istəyir.

Qalanews "Record.pt" saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 28 yaşlı yarımmüdaifəçi üçün "qırmızı şeytanlar"a təklif göndərib.

"Kral klubu" portuqaliyalı oyunçunu "Sportinq"də çıxış edərkən almaq istəyib, lakin Fernandeş İngiltərədə oynamağa üstünlük verib.

Yarımmüdafiəçinin transfer qiyməti 75 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Brunu Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir.



Baxış sayı: 284



OXŞAR XƏBƏRLƏR