QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 18:41
“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”
“Aleksandr Kerjakovla heç vaxt danışıq aparmamışıq”.

Bu barədə Qalanews-a açıqlamasında “Səbail”in icraçı direktoru Fərəc Əliyev Rusiya millisinin sabiq futbolçusu Aleksandr Kerjakovun komandanın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Klub rəsmisi qeyd edib ki, 40 yaşlı mütəxəssis heç vaxt rəhbərliyin gündəmində olmayıb: “Rusiya mətbuatının bu xəbəri haradan götürdüyünü, Kerjakovun adını niyə məhz “Səbail”lə hallandırdıqlarını bilmirəm. Bizim nəinki Kerjakov, ümumiyyətlə, heç bir mütəxəssislə danışıq aparmaq fikrimiz olmayıb. Rəhbərlik baş məşqçimiz Mahmud Qurbanova güvənir”.

Xatırladaq ki, Rusiya mətbuatında Aleksandr Kerjakovun "Səbail"in sükanı arxasına keçəcəyi barədə məlumatlar yayılıb. Məşqçi özü açıqlamasında bunu təkzib etməyib.



Baxış sayı: 201



OXŞAR XƏBƏRLƏR