QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 17:40
Almaniyada dağ yəhudilərinin Azərbaycana məhəbbətini tərənnüm edən film təqdim edilib
Almaniyanın Münhen şəhərində Yəhudi Mədəniyyət Mərkəzində azərbaycanlı rejissorlar Rüfət Əsədovun və Vüsal Nazımoğlunun “Peyğəmbər Yereminin göz yaşları” filminin təqdimatı keçirilib.

Qalanews xəbər verir ki, təqdimat mərasimi Almaniyadakı Azərbaycan diasporunun fəallarından biri, əslən bakılı olan dağ yəhudisi Emin Salimov tərəfindən təşkil olunub.

Film əslən Azərbaycandan olan, dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana məhəbbətindən bəhs edir.

Filmin təqdimatında Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndəsi Ülvi Nağıyev, Almaniya Yəhudi İcmasının fəallarından Emin Salimov, German Cantaliyev, Münhen və Yuxarı Bavariya İsrail Mədəniyyət Mərkəzinin prezidenti Şarlotta Knoblox,Yəhudi mədəniyyəti və ənənələrinə dəstək təşkilatını sədri Andrey Horovic, Beynəlxalq Azərbaycan-İsrail Assosasiyasının nümayəndələri Yeganə Salman, Şhaul Siman-Tov, Mixail Salman, Şmuel Simantov, “Münhen qafqaz yəhudiləri İctimai Birliyinin” rəhbəri Firuzə Yushvayeva, Avropada yaşayan yəhudi və azərbaycan təşkilatlarının nümayəndələri iştirak ediblər.



Baxış sayı: 223



OXŞAR XƏBƏRLƏR