QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 14:45
Azərbaycanda köpüklü şərabların istehsalına başlanılır
Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan “Abrau-Durso” Şirkətlər Qrupu Azərbaycanda özünün istehsal sahəsində – “Şəki Şərab” zavodunda köpüklü şərabların istehsalını təşkil etməyi planlaşdırır.

Qalanews xəbər verir ki, bununla bağlı Bakıda təqdimatlar keçirilib.

Təqdimatda bildirilib ki, şirkət 2023-cü ildə 4 milyon şüşə istehsal etmək və ixracatda sənaye liderlərindən birinə çevrilmək niyyətindıdir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayevin sözlərinə görə, Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafı AZPROMO-nun qarşısında duran ən mühüm vəzifələrdəndir.

“Abrau-Durso” Şirkətlər Qrupunun Azərbaycanda biznesini inkişaf etdirmək qərarına gəlməsindən məmnunuq. İnanırıq ki, şirkət üzərinə götürdüyü öhdəlikləri çərçivəsində həm müəssisəni yeni səviyyəyə qaldıracaq, həm də onun şərab məhsullarının ixrac potensialını xarici bazarlarda reallaşdıracaq”, - Y. Abdullayev qeyd edib.

“Abrau-Durso” Şirkətlər Qrupu, həmçinin turizm və enoqastronomiya sahəsində layihələrini təqdim edib.



Baxış sayı: 174



OXŞAR XƏBƏRLƏR