QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Dec 2022, 11:34
İranın türkmən əsilli futbolçusu: “Amerikalılar meydanda bizdən daha yaxşı idilər”
Həlledici matçda ABŞ-yə uduzaraq futbol üzrə dünya çempionatını tərk edən İran millisi ötən gecə Tehrana qayıdıb.

Hava limanında jurnalistlərin suallarını cavablandıran İranın türkmən əsilli hücumçusu Sərdar Azmun baş məşqçi Karluş Keyruşun istefasına münasibət bildirib.

“Bayer-04”ün futbolçusu bildirib ki, portuqaliyalı məşqçinin istefasına hörmətlə yanaşır və milliyə kimin təyin edilməsindən asılı olmayaraq əllərindən gələn hər şeyin ən yaxşısını etməyə çalışacaqlar.

Sərdar Azmun ABŞ ilə prinsipial oyuna dair fikirlərini də bölüşüb:

“Qrupdan çıxmağa yaxın olsaq da, etiraf etməliyəm ki, amerikalılar meydanda daha yaxşı idilər. Qələbəyə onlar layiq idilər”.



Baxış sayı: 169



OXŞAR XƏBƏRLƏR