QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Nov 2022, 15:06
Berdiməhəmmədov bibisi oğlunu istefaya göndərdi
Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov bibisi oğlu Əhməd ​​Geldimuradovu “Türkmənqaz” dövlət konserninin sədr müavini vəzifəsindən azad edib.

“Qalanews” “Central Asia” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ​​Geldimuradovun paytaxt Aşqabadda yerləşən barlardan birində yüksəkrütbəli prokurorla dava etməsi olub. 

​​Bildirilir ki, sərxoş vəziyyətdə olan Geldimuradov şüşəni prokurorun başına vuraraq sındırıb. İnsidentin isə təqribən 1 ay əvvəl baş verdiyi qeyd olunub. 

Məlumata görə, insident sözügedən məkanın müşahidə kameraları tərəfindən lentə alınıb. Daha sonradan insidentin videosunu Prezident Sərdar Berdıməhəmmədova və atası Qurbanqulu Berdıməhəmmədova göstəriblər. Bunun ardınca isə ölkə Prezidenti Geldimuradovun işdən azad olunması barədə qərar qəbul edib.




Baxış sayı: 204



OXŞAR XƏBƏRLƏR