QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Nov 2022, 10:27
Əlcəzair Azərbaycanla enerji sahəsində irəliləyişlərə nail olmaq üçün dəstək göstərəcək
Azərbaycanla enerji sahəsində irəliləyişlərə nail olmaq üçün Əlcəzair hökuməti zəruri dəstək göstərəcək.

Qalanews-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Aymin Benəbderəhman energetika naziri Pərviz Şahbazovu qəbul edərkən bildirilib.

Baş nazir Azərbaycan Prezidentinin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirib və Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırmağı xahiş edib.

P. Şahbazov isə bildirib ki, Əlcəzairlə hərtərəfli, o cümlədən enerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqət yetirilir. Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir.

Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.




Baxış sayı: 197



OXŞAR XƏBƏRLƏR