QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 Nov 2022, 11:09
“Bu insanların fikrincə, mən məşuqəyəm...”
“Bir il yarımdır ki, bir qrup insan tərəfindən təqib və təhdidlərə məruz qalıram. Bu insanların fikrincə, dəfələrlə hamilə olmuşam və dəfələrlə də abort etdirmişəm. Həmin o insanlar mən bir neçə gün öncə göz həkimindən çıxarkən “yenə abort etdirib” dedilər”.

“Qalanews” xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadisə öz instaqram hesabında yazıb.

“Məni bilirsiniz, adətən danışmıram. Ədalətə həmişə güvənirəm. Amma indi deyəcəyim sözlər var!

Musiqi ilə xoşbəxt olan, işini çox sevən və ailəsinə baxan bir insanam. Mən həyatı, həyatımı və məni sevənləri çox sevirəm. Siz istədiyiniz müddətdə mən səhnələrdə olacağam, mahnılarımı oxumağa davam edəcəyəm.

Karyeram ərzində heç kimlə polemikada olmamışam. Məni ayaqlarıma görə Roberto Karlosla müqayisə etdilər, kök olduğumu dedilər və daha nələr söylədilər, amma hər zaman susdum. Əsla polemikaya girmədim.

Mən hər şeydən öncə bir qadın, bir insanam. Bu insanların fikrincə, mən məşuqəyəm. Bir sözlə, haqqımda ağıllarına gələn hər şeyi dedilər. Bir il yarımdır məni şantaj edirlər.
Şəxsi həyatıma rəsmən müdaxilə edirlər. Mən Hadisəyəm deyə bunları mənə çox rahat şəkildə edə biləcəklərinimi düşünürlər?”

Sənətçi daha sonra ölkənin ədliyyə nazirinə müraciət edib: “Mən artıq buradan bütün qadınlara, ədliyyə nazirimizə, Ədliyyə Nazirliyimizə səslənirəm: “Bu, şantajdır, təhdiddir, şəxsi həyatıma təcavüzdür!

Heç bir qadın: istər məşhur olsun, istərsə də sadə vətəndaş olsun, təhdid oluna bilməz, heç kim bu cür hədələnməməlidir.

Bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacağam! Mən təkcə özüm üçün deyil, mənimlə eyni şeyləri yaşamış və yaşayacaq qadınlar və qadın həmkarlarım üçün mübarizə aparacağam”.



Baxış sayı: 209



OXŞAR XƏBƏRLƏR