QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 Nov 2022, 14:09
Evdə xanımının sözünə qulaq asmayan qalar ortada - Aqil Abbas
“Mən gender bərabərliyinin əleyhinəyəm. O sözdən də xoşum gəlmir. Gender nədir?! Evdə xanımının  sözünə qulaq asmayan qalar ortada”.
QalaNews.com xəbər verir ki, bu sözləri yazıçı, millət vəkili Aqil Abbas “Düzünə qalsa...” verilişində deyib.

O, həyat yoldaşı, jurnalist İradə Tuncay haqda bunları deyib: “Qadın düşünür, fikirləşir. Nəyin səhv, düz olduğunu məsləhət verir! Birdən mən çılğınlıq edirəm, barəmdə sosial şəbəkələrdə xəbər yayılanda istəyirəm ki, cavab verim. Mənə deyir ki, sakit ol, fikir vermə. Onlar elə sənin vasitənlə məşhurlaşmaq istəyirlər. Qadınlar kişilərdən çox sevir. Çünki kişilər sevdikləri qadına da xəyanət edir, amma qadınlar əsla! Cavanlıqda çox sevmişəm, hamısı bekarçılıqdan olub. Amma kimi həqiqi sevdim, onunla da ailə qurdum. 43 ildir ömür-gün yoldaşımdır. Mübahisələrimiz olub, amma bu illərdə 1 dəfə də olsa, qəti bezməmişəm!”

A. Abbas deyib ki, gənc vaxtı çox çılğın insan olub: “Hələ də eyniyəm. Əziyyət çəkirəm o xarakterimdən. Mən də insanam. Səhvlərim, günahlarım olub. Peşman da olmuşam. Universitetin 3-cü kursunda qovulmuşam, o mənə ömür boyu zərbə olub. Amma 1 il sonra bərpa olunmuşam. Heç kimsə yaşından doya bilməz, 200 il də olsa yaşayar. Onda çətin olur ki, kiməsə yük olursan. Nəvəyə də, arvada da. Gözünün qabağında övladın, nəvən ölür, sən yaşayırsan. Ona yaşamaq deyərlər?! Əlbəttə, elə yaşamaqdan qorxuram!”



Baxış sayı: 200



OXŞAR XƏBƏRLƏR