QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Nov 2022, 17:04
"LIBRAFF"da "Fəlsəfə gecəsi" keçirilib - FOTO
“LİBRAFF”ın ˝Park Akademiya˝ filialında Dünya Fəlsəfə Günü münasibətilə "Fəlsəfə gecəsi" keçirilib.

Qalanews xəbər verir ki, tədbirin qonağı görkəmli filosof, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzinin rəhbəri Səlahəddin Xəlilov (Əbu Turxan) olub.

O, ˝Fəlsəfə və milli özünüdərk˝ haqqında danışaraq ˝Fəlsəfə nədir?”, “Bizə fəlsəfə lazımdırmı?”, “Fəlsəfə və milli şüur, fəlsəfə və elm, fəlsəfə və din, fəlsəfə və ədəbiyyat, fəlsəfə təhsili və təhsilin fəlsəfəsi˝ mövzuları ətrafında qonaqlarla müzakirələr aparıb.

Hər kəsə açıq olan tədbirdə tanınmış ictimai şəxslər, professorlar, filosoflar və çoxlu sayda fəlsəfə sevərlər iştirak edib.

Tədbirin sonunda iştirakçıların sualları filosof tərəfindən cavablandırılıb. Müəllif oxucular üçün kitablarını imzalayaraq xatirə fotoları çəkdirib.



Baxış sayı: 219



OXŞAR XƏBƏRLƏR