QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Nov 2022, 17:38
“Qriplə koronavirusa eyni anda yoluxmaq mümkündür”
“Həm koronavirusa, həm də qripə eyni anda yoluxmaq mümkündür”.

“Qalanews” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, Azərbaycanda hazırda koronavirusa yeni yoluxma sayı 2 rəqəmlidir. Pandemiyanın başladığı dövrdən indiyə kimi gündəlik aktiv xəstə sayı ən azdır, 300-ün üzərindədir: “Lakin bu dövrdə qrip və digər respirator infeksiyalar yayılır. Bunların hamısı əlamətlərinə görə bir-birinə oxşayır. Hazırda Azərbaycanda qrip müşahidə olunmur, kəskin respirator infeksiyalar yayılıb. İnsan hər ikisinə - həm COVID-ə, həm də qripə eyni vaxtda yoluxa bilər. Bu əsasən immuniteti zəif insanlarda ola bilər. Bu daha ağır xəstəliyə gətirib çıxara bilər. Bu xəstəliklərin hər ikisində əlamətlər oxşardır. Bura baş ağrısı, öskürək və s. daxildir. Klinik əlamətlərinə görə bunları fərqləndirmək çətindir və birmənalı fərqləndirmək mümkün deyil. Təngnəfəslik, iybilmə, dədbilmə və s. hallar koronavirusa daha çox xasdır. Bunun üçün laborator müayinələr tələb olunur”.

T. Eyvazov əlavə edib ki, bu xəstəliklərin olmaması üçün karantin tədbirlərinə əməl etmək tövsiyə olunur.



Baxış sayı: 240



OXŞAR XƏBƏRLƏR