QALA NEWS

02 May Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Oct 2022, 10:59
Ukrayna Baş Qərargahı: “Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti 50 faizdən çoxdur”

Tibbi yardımın keyfiyyətsizliyi və Rusiya komandanlığının ağır yaralıları təxliyə etmək istəməməsi səbəbindən rusiyalı yaralı hərbçilər arasında ölüm nisbəti 50 faizi ötür.

QalaNews xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qərargahdan bildirilib ki, mövcud məlumatlara əsasən, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində çoxlu sayda yaralı tibb müəssisələrinə yerləşdirilir. Belə ki, Donetskdəki xəstəxanalardan birinə bu həftə 100-ə yaxın yaralı çatdırılıb.

Zaporojye vilayətinin Tokmak şəhərində xəstəxanalar dolub. Yerli sakinlərin verdiyi məlumata görə, həkimlərin işinin çoxluğu və çarpayı çatışmazlığı səbəbindən mülki vətəndaşlar xəstəxanalara qəbul edilmir.




Baxış sayı: 256



OXŞAR XƏBƏRLƏR