QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Sep 2022, 23:57
Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb

Kişinyov Apellyasiya Məhkəməsi Moldovanın keçmiş Prezidenti İqor Dodonun ev dustaqlığının müddətini oktyabrın 21-dək uzadıb.

Qalanews xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Nikolay Posturusu məlumat verib.

“Apellyasiya Məhkəməsi prokurorların həbs müddətinin 30 sutka, yəni oktyabrın 21-dək uzadılması tələbini təsdiqləyib”, - vəkil bildirib.

Xatırladaq ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb. Bu ittihamları təkzib edən eks-prezident təqsirsizliyinə dair sübutların olduğunu bildirib.




Baxış sayı: 214



OXŞAR XƏBƏRLƏR