QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Sep 2022, 13:25
Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

Ötən gün Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıb. Onlar avtobus nəqliyyat vasitəsinə zəruri olan dizel yanacağının, sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiymətlərinin bahalaşmasından, gediş haqqının aşağı olmasından şikayətləniblər. Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini “BakıKart”a ödədiklərini qeyd ediblər.

 

Bununla bağlı fikirlərini bölüşən iqtisadçı Qubad İbadoğlu şirkətlərin şikayətlərinin haqlı olduğunu deyib:

 

““Həyati vacib sərnişindaşıma sahəsi” üçün ayrılmış 280 milyon manat vəsitin 86 milyon 900 min manatı “Azərbaycan Hava Yolları” QSC-yə,  15,5 milyon manatı Milli Aviasiya Akademiyasına köçürülüb. Şirkətlər  hər sərnişinin gediş haqqının “BakıKart”a 5 faizin ödənilməsinə etirazlarında  da haqlıdır, çünki 5 faiz çox yüksək xidmət haqqıdır”.

 

Ekspertin sözlərinə görə, güman ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılacaq: “Hazırda hökümətdə müzakirə olunan yeni variantlar 1 gedişin 40 və ya 50 qəpiyə çatdırılmasıdır”.

 

İqtisadçı-ekspert Nazim Bəydəmirli isə bildirib ki, şirkətlərin müraciətində diqqət çəkən məsələ pandemiya dövründə dövlət büdcəsindən ayrılan yardımın onlara verilməməsidir:

 

“İkinci diqqət çəkən məsələ şirkətlərin hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəmələridir. Bu, kifayət qədər böyük faizdir. Ümumiyyətlə, dövlət özəl sektora icazə verilmiş sahələrdə iqtisadi fəaliyyətlə məşğul olmamalıdır.  Şəffaf idarəçilik olmayan yerdə korrupsiya sxemləri işləyir və məmur sahibkarlığı inkişaf edir. Yəni vətəndaşın soyulması hesabına ayaqda qalmağa ümid edirlər”.




Baxış sayı: 8842



OXŞAR XƏBƏRLƏR