QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Sep 2022, 17:12
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat olimpiya çempionu Anastasiya Davidova ölkəni tərk edib.

Qalanews "Match TV"yə istinadən xəbər verir ki, 39 yaşlı sabiq idmançı vətəninə qayıtmaq fikrində deyil.

Sinxron üzgüçülük üzrə Rusiya millisinin baş məşqçisi Tatyana Pokrovskaya məsələdən xəbərdar olduğunu bildirib: "Bu, mənim üçün sürprizdir. Bu barədə şərh verə bilmərəm".

Qeyd edək ki, Anastasiya Davidova 2004 və 2008-ci ildəki Yay Olimpiya Oyunlarında iki, 2012-ci ildəki olimpiadada isə bir qızıl medal qazanıb. O, həm də 13 qat dünya və 7 qat Avropa çempionudur.




Baxış sayı: 227



OXŞAR XƏBƏRLƏR