QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Sep 2022, 11:48
Zelenski Ukrayna ordusunun bir nömrəli hədəfini açıqlayıb

"Bu gün Ukrayna Silahlı Qüvvələrinin bir nömrəli hədəfi Donetsk vilayətidir. Ukrayna hərbçiləri işğalçıların fəaliyyətinin qarşısını almaq üçün hər şeyi edir".

Qalanews xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bunu deyib.

"Əsas hədəfimiz indi oradır, çünki Donbas hələ də işğalçılar üçün bir nömrəli hədəfdir", - Ukrayna Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti daim əsgərləri silah və sursatla təmin etmək üçün çalışır.

"Ukrayna ordusunun bütün aktiv hərəkətləri yüksək dəqiqlikli silahların istifadəsi ilə sinxronlaşdırılmalıdır. Bu, əsas prioritetlərdən biridir", - Zelenski bildirib.




Baxış sayı: 245



OXŞAR XƏBƏRLƏR