QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Sep 2022, 16:11
Türkiyə Rusiyanın Ukrayna ərazisində keçirəcəyi referendumun nəticələrini tanımayacaq

“Biz bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdiririk”.

Qalanews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

“Amma həm də beynəlxalq hüququ müdafiə edirik. Bu hadisələri müharibə kimi xarakterizə edən ilk ölkə Türkiyə oldu”, - o vurğulayıb.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Krımın qeyri-qanuni ilhaqını tanımır: “Bunu hər dəfə deyirik. Donbas, Xerson kimi bölgələrin ilhaqı ilə bağlı referendum mövzusunda konkret mövqeyimizi bildirdik, narahatlığımızı ifadə etdik. Referendumun nəticələrini tanımayacağımızı söylədik”.




Baxış sayı: 225



OXŞAR XƏBƏRLƏR