QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Sep 2022, 19:03
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

"Azlıqda oynamaq çətindir, xüsusən də bu səviyyədə. Üstəlik, Belarusla matçdan cəmi iki gün keçmişdi".

Bunu Qazaxıstan yığmasının futbolçusu Ramazan Orazov Bakıda Azərbaycan komandasına 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu ilə bağlı "Vesti.kz" saytına müsahibəsində deyib.

24 yaşlı yarımmüdafiəçi 35-ci dəqiqədə Nuralı Alipin qırmızı vərəqə almasından sonra işlərinin çətinləşdiyini bildirib.

Orazov komandasının Millətlər Liqasındakı ümumi nəticəsindən razı olduğunu söyləyib. "Biz kifayət qədər yaxşı iş görmüşük".

Qeyd edək ki, Qazaxıstan yığması 13 xalla C Liqasının 3-cü qrupunu ilk pillədə başa vurub. 10 xal toplayan Azərbaycan millisi isə ikinci olub.




Baxış sayı: 222



OXŞAR XƏBƏRLƏR