QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Sep 2022, 13:52
DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

Almaniya Futbol İttifaqı Qətərdə keçiriləcək dünya çempionatının qalibi olacaq milli üzvlərinə veriləcək pul mükafatının məbləğini müəyyənləşdirib.

Qalanews xarici mətbuata istinadən xəbər verir ki, Hans-Diter Flikin baş məşqçi olduğu komanda DÇ-2022-nin qalibi olsa, hər oyunçuya 400 min avro ödəniləcək.

Futbolçular gümüş medal üçün 250 min avro, üçüncü yer müqabilində 200 min avro alacaq.

Bundestim qrupdan çıxsa, oyunçulara 50 min avro, 1/4 final mərhələsinə görə 100 min avro, yarımfinal üçün isə 150 min avro veriləcək.

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək. Almaniya yığması E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.




Baxış sayı: 211



OXŞAR XƏBƏRLƏR