QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Sep 2022, 12:08
Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət hələ də boğazımda düyünlənib"

"Qarabağ"la görüşdəki məğlubiyyət hələ də boğazımda düyünlənib".

Bunu Fransa "Nant"ının futbolçusu Dennis Appia Bakıda Azərbaycan təmsilçisinə 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi avrokubok görüşlərinin mürəkkəb olduğunu bildirib: "Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. I turda “Olimpiakos” üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq".

Appia Almaniya "Frayburq"u ilə qarşıdakı iki matç və çempionatdakı qarşılaşmalar barədə düşündüyünü sözlərinə əlavə edib.

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.




Baxış sayı: 214



OXŞAR XƏBƏRLƏR