QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Sep 2022, 13:52
Yaponiyada tayfun iki nəfərin ölümünə səbəb olub

Yaponiyanın Sakit okean sahilləri boyunca şərq istiqamətində davam etdirən “Talas” tayfunu nəticəsində ölkədə azı iki nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ölüm halları çay daşqınlarına və sürüşmələrə səbəb olan leysan yağışlarının yağdığı Şizuoka prefekturasında qeydə alınıb. Yerli xilasetmə xidmətlərinin məlumatına görə, azı üç nəfər də xəsarət alıb. Şizuoka prefekturasına son 12 saat ərzində 400 mm-dən çox yağış düşüb.

Yaponiyanın qərbində və mərkəzi hissəsində 2,15 milyondan çox insan təxliyə üçün göstərişlər alıb, lakin əvvəllər Hamamatsu şəhəri (Şizuoka prefekturası) üçün elan edilən maksimum - beşinci təhlükə səviyyəsi artıq yerli hakimiyyət orqanları tərəfindən aradan qaldırılıb.

“Talas” tayfunu Yaponiyanın qərb, mərkəzi və şərq hissələrində dəmir yolu əlaqəsini, o cümlədən yüksək sürətli sinkansen qatarlarının hərəkətini pozub.




Baxış sayı: 253



OXŞAR XƏBƏRLƏR