QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Sep 2022, 12:03
İrəvanda keçmiş zavodun ərazisində yanğın başlayıb

Ermənistanın paytaxtı İrəvan şəhərinin Arşakunyats prospektində yerləşən keçmiş zavodun ərazisində yanğın başlayıb.

Qalanews “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tikintisi başa çatmayan binada yanğın başlaması barədə siqnal yerli vaxtla saat 08:30-da FHN-ə daxil olub. Hadisə yerinə 3 yanğınsöndürən-xilasedici briqadası göndərilib.

“Sputnik Ermənistan” yanğının bir vaxtlar plastik məmulatların istehsalı ilə məşğul olan zavodun fəaliyyət göstərdiyi ərazidə baş verdiyini vurğulayıb.




Baxış sayı: 210



OXŞAR XƏBƏRLƏR