QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 Sep 2022, 18:03
Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi bəlli oldu - (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Qalanews xəbər verir ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.

Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Mikayılova Əntiqə Usubalı qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə hər iki şəxs avtobusdan düşdükdən sonra baş verib. Onlar ictimai nəqliyyatdan düşəndən sonra svetaforun qarşısından yolu keçməyə çalışıblar. Bu zaman yük maşını hərəkətini dayandıra bilməyərək onları vurub. 

Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə yerində araşdırmalar aparılır.

Qeyd edək ki, oktyabrın 13-də mərhum tələbə Elvin Əzizlinin 18 yaşı tamam olacaqdı. 

Məlumat üçün bildirək ki, qəzanın baş verdiyi ərazidə düyməli svetafor quraşdırılıb. Belə ki, həmin işıqfor yalnız düyməsi piyadalar tərəfindən sıxıldıqdan sonra sürücülər üçün qırmızı işıq yanır və vətəndaşlar xətdən keçə bilir. 




mansetaz




Baxış sayı: 6668



OXŞAR XƏBƏRLƏR