QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Sep 2022, 22:13
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası (LFP) "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Nant"ı cəzalandırıb.

Buna azarkeşlərin "Loryan"a səfərdə 2:3 hesabı ilə uduzduqları Liqa 1-in VII tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

İntizam Komitəsinin qərarına əsasən, "Nant" qarşıdakı iki səfər qarşılaşmasında tərəfdarların dəstəyindən məhrum olacaq. Fanatlar oktyabrın 2-də "Monako", oktyabrın 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.




Baxış sayı: 214



OXŞAR XƏBƏRLƏR