QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Sep 2022, 19:03
Finlandiya Rusiya vətəndaşlarına girişi tamamilə qadağan edə bilər

Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan etmək üçün milli tədbirlər tətbiq etmək qərarına gəlib.

Qalanews Finlandiyanın "İltalehti" qəzetinə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Pekka Haavisto ABŞ-ın Nyu-York şəhərində keçirdiyi mətbuat konfransında deyib.

"Bu gün biz turist axınını necə məhdudlaşdıra və ya tamamilə qarşısını ala biləcəyimizə dair milli qərar hazırlamağa başlamaq qərarına gəldik, bu qərar çox tez həyata keçiriləcək yeni qanunvericilik və ya mövcud qaydaların şərhini ehtiva edə bilər", - nazir deyib.

Onun sözlərinə görə, tam qadağanın tətbiqi üzrə işlərə başlanılıb və Finlandiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə müxtəlif nazirliklərin ekspertləri bu məsələni öyrənirlər.




Baxış sayı: 254



OXŞAR XƏBƏRLƏR