QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 Sep 2022, 15:21
Nazirlər Kabineti hamilələrin əməyinin tətbiqi qadağan olunan peşələrin siyahısını təsdiqləyəcək

Nazirlər Kabineti "Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı"nı təsdiqləyəcək.

Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün komitənin payız sessiyasında keçirilən ilk iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb: "Qeyd etmək istərdim ki, Əmək Məcəlləsinin 241-ci maddəsindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı”nda istehsalatla bağlı altı yüz yetmiş dörd peşə (vəzifə) və iş yerində qadınların əməyi qadağan edilir.

Bu Siyahı keçmiş Sovetlər dövründən qalmış və həmin dövrün istehsalat mühitinə uyğun hazırlanmış siyahıdır ki, hazırda onun yenilənməsinə və yalnız hamilə və bir yaşınadək uşağı olan qadınlara şamil olunmasına ehtiyac vardır.

Təklif edilən qanun layihəsi qəbul edilərsə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısının təsdiq edilməsi haqqında” 1999-cu il 20 oktyabr tarixli qərarı qüvvədən düşəcək və Nazirlər Kabinetinin həmin qərar layihəsi ilə “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı” və “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin Siyahısı” təsdiq ediləcəkdir.

Qeyd edək ki, təklif olunan dəyişikliklə mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən ediləcək, eyni zamanda qadağan edilən bu peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.




Baxış sayı: 375



OXŞAR XƏBƏRLƏR